Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Avqust 2022 18:11

Üçdik-Qırxqız-Sarıbaba yüksəklikləri erməni minalarından təmizlənir - VİDEO

Laçın rayonu ərazisində dəqiqləşdirilmiş mövqelərdə qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahələrindən avqustun 15-dən bu günədək 1318 ədəd 2021-ci ildə Ermənistanda istehsal olunan PMN-E növlü piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Avqust ayı ərzində işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən 1275 ədəd piyada əleyhinə, 16 ədəd tank əleyhinə mina və 281 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib, 1428 hektar ərazi tam təmizlənib.
Ümumilikdə mühəndis-istehkam bölmələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə bu günədək 25760 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. 7434 ədəd piyada əleyhinə, 2207 ədəd tank əleyhinə mina və 9911 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.