Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Noyabr 2019 16:42

Türkiyənin yüksək səviyyəli hərbi nümayəndə heyəti Heydər Əliyev adına AAHM-də olub

Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Baş Qərargahının ikinci rəisi korgeneral Metin Gürakın başçılıq etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib.
Öncə qonaqlar məktəbin ərazisində ucaldılan xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, Ulu öndərin xatirəsini ehtiramla anıblar.
Ziyarət zamanı ali hərbi məktəbin komandanlığı ilə görüş keçirilib.
Sonra qonaqlara hərbi məktəbin tarixinə, təlim-tədris prosesinə və ümumi fəaliyyətinə dair ətraflı brifinq təqdim edilib.
Nümayəndə heyəti hərbi təhsil ocağının kafedralarında olan tədris vəsaitləri, maddi-texniki və hərbi təyinatlı digər vasitələrlə yaxından tanış olub. Qonaqlara ixtisas fakültələrinin döyüş texnikası, təlim trenajorları, atıcı silahlar və digər hərbi avadanlıqları barədə ətraflı məlumat verilib.