Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Aprel 2017 17:43

Türkiyənin nümayəndə heyəti Azərbaycanın Hərbi Dəniz Qüvvələrində olub

Ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Bülent Bostanoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 12-də Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələri Komandanlığında olub.
Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov ilə admiral Bülent Bostanoğlu arasında keçirilən görüşdə ölkələrimizin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Sonda Türkiyə nümayəndə heyətinə Azərbaycanın Hərbi Dəniz Qüvvələri haqqında brifinq təqdim edilib.