Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Avqust 2023 15:50

Türkiyənin milli müdafiə naziri Bakıya rəsmi səfərə gəlib

Avqustun 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerin başçılıq etdiyi nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılayıb.
Rəsmi səfər çərçivəsində ölkələrimiz arasında hərbi əməkdaşlığın müxtəlif aspektləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulub.