Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Avqust 2023 22:44

Türkiyənin Hərbi Dənizçilik və Təyyarəçilik məktəblərinin buraxılış mərasimləri keçirilib

Türkiyənin Zəfər Bayramının 101-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün müdafiə naziri general-polkovnik Zakir Həsənovun qardaş ölkədə işgüzar səfəri davam edir.
General-polkovnik Z.Həsənov avqustun 31-də Türkiyə Respublikasının Ali Hərbi Dənizçilik Məktəbinin və Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunlarının buraxılış mərasimlərində iştirak edib.
Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan hər iki buraxılış mərasimində çıxış edərək məzunları təbrik edib.
Sonra məzunlara diplomlar təqdim olunub.
Qeyd edək ki, hərbi məktəbləri müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomları general-polkovnik Z.Həsənov təqdim edib.