Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Sentyabr 2022 12:20

Türkiyədə Anım Günü münasibətilə tədbir keçirilib

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq üzrə fəaliyyət planına əsasən, qardaş ölkənin Hərbi Dəniz Donanmasında təcrübə keçən hərbi qulluqçularımızla 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib.
Əvvəlcə ulu öndərlər Heydər Əliyev və  Mustafa Kamal Atatürkün, eləcə də hər iki ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Mərasimdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin tarixindən, bu cür əhəmiyyətli tədbirlərin keçirilməsinin vacibliyindən, həmçinin igid oğullarımızın döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışılıb.
Sonda xatirə şəkili çəkdirilib.