Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Sentyabr 2021 23:23

Türkiyə Prezidenti Müdafiə Nazirliyinin rəhbərliyini qəbul edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib.
Qəbulda Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi ordu generalı Yaşar Güler də iştirak edib.