Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyun 2018 15:24

“Türk Ulduzları” aviasiya qrupu Bakı buxtası üzərində nümunəvi uçuşlar keçiriblər - VİDEO

Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Ulduzları” aviasiya qrupuna daxil olan 8 ədəd F-5 tipli təyyarələri Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçirilən bayram tədbirlərində iştirak edir.
İyunun 26-da hərbi paraddan sonra “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan 2 ədəd F-16 və 8 ədəd F-5 tipli təyyarələr Bakı buxtası üzərində nümunəvi uçuşlar keçiriblər.