Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyul 2023 16:12

Tovuz döyüşlərinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib

Müdafiə nazirinin tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Tovuz döyüşlərinin üçüncü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Tədbirlər çərçivəsində Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətlərinin rəsmiləri, şəhid ailələri, qazilər, hərbi qulluqçular, müharibə iştirakçıları, ictimaiyyət və media nümayəndələri Şəhidlər xiyabanlarına gedərək Tovuz döyüşləri, eləcə də torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının məzarlarını ziyarət edib, xatirələrini ehtiramla anıblar.
Hərbi hissələrdə ictimai-siyasi hazırlıq dərsləri, dəyirmi masalar, konfranslar təşkil olunub, sənədli və bədii filmlər nümayiş etdirilib.
Həmçinin hərbi qulluqçular şəhidlərimizin ailə üzvləri və yaxınları ilə görüşərək onların qayğıları ilə maraqlanıblar.