Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 May 2014 09:00

Topoqrafik xəritələrə dair hərbi-elmi konfrans keçirilib


Azərbaycan Respublikası Müdafiə Nazirinin təsdiq etdiyi 2014-cü tədris ilinin döyüş hazırlığı planına əsasən mayın 8-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında "Topoqrafik xəritələrin hazırlanmasında istifadə olunan texniki standartlar və normalar, koordinat sistemləri, kartoqrafiya proyeksiyaları və topoqrafik şərti işarələr" mövzusunda hərbi-elmi konfrans keçirilib.
Topoqrafik xəritələrin müasir standartları və onların əhəmiyyəti, rəqəmsal topoqrafik xəritələrin hazırlanması və istifadəsi, xəritələrin riyazi əsaslarının yaradılmasında müasir texnoloji vasitələrin və kompyuter kartoqrafiya proqramlarının tətbiqi və Silahlı Qüvvələrdə istifadə olunan topoqrafik xəritə sisteminin dünya geodeziya sisteminin standartlarına uyğunlaşdırılması istiqamətində görülən işlər konfransın əsas müzakirə mövzuları olub.
Konfransın təşkili və keçirilməsi iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
Hərbi-elmi konfransda hərbi-topoqrafiya xidmətinin və Müdafiə Nazirliyinin idarələrinin zabitləri, Silahlı Qüvvələrin birlik və birləşmələrinin topoqrafiya xidməti rəisləri, xüsusi təyinatlı təhsil müəsissələrində hərbi topoqrafiya fənnini tədris edən müəllimlər və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələri iştirak ediblər.