Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Fevral 2026 10:18

Tibb İdarəsində təlim-metodiki toplanış keçirilib

2025-2026-cı ilin hazırlıq planına uyğun olaraq, Müdafiə Nazirliyinin Tibb İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş təlim-metodiki toplanış keçirilib. 
Tədbirdə idarənin zabit heyəti, Baş Klinik Hospitalın şöbə rəisləri, qoşun (qüvvə) növləri, Əlahiddə Ümumqoşun Ordu, birlik və birləşmələrin tibb xidməti rəisləri iştirak ediblər. 
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Təlim-metodiki toplanışda mövsümi xəstəliklərin yayılması, profilaktik tədbirlərin görülməsi, innovativ üsullarla müayinə və müalicə metodlarının aparılmasına dair məruzələr dinlənilib, eləcə də digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.