Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Dekabr 2016 12:22

Tibb Baş İdarəsində ABŞ nümayəndə heyəti ilə görüş keçirilib

Dekabrın 15-də Tibb Baş İdarəsində ABŞ Müdafiə Departamentinin təhlükənin azaldılması ofisinin (TAMA) direktoru xanım Elizabet Corcun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Hərbi təbabət sahəsində hazırkı əməkdaşlığın və perspektivlərin müzakirə olunduğu görüşdə Azərbaycan ilə ABŞ arasında birgə bioloji əməkdaşlıq proqramının icrası yüksək qiymətləndirilib.
Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev əməkdaşlığın hazırkı səviyyəsindən razılığını bildirib. Əməkdaşlıq çərçivəsində keçirilən treninqlərin vacibliyindən danışan idarə rəisi biotəhlükəsizlik və biomüdafiə sahələrində də təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.