Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Avqust 2020 18:40

Təlimlərdə iştirak edən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının istirahət günlərində gəzintiləri davam edib

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə təlimlərində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının istirahət günlərində gəzintiləri davam edib.
Gəzintilər çərçivəsində qonaqlar Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni yerləri və muzeyləri ilə tanış olublar.
Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Heydər Əliyev Muzeyini, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini, Duzdağ Fizioterapiya Mərkəzini ziyarət edərək zəngin təəssüratlar əldə ediblər.