Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Fevral 2023 11:55

Təlim kursunun dinləyicilərinə sertifikatlar təqdim olunub

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2023-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində NATO-nun Brunssumda yerləşən Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda keçirilən “Operativ səviyyədə əməliyyatın qiymətləndirilməsi” təlim kursu başa çatıb.
Əvvəlcə kursun yekunlarına dair brifinq təqdim edilib.
Çıxış edənlər Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində bu cür kursların əhəmiyyətindən danışıb, kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edərək onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda kursu bitirənlərə sertifikatlar təqdim olunub, xatirə fotosu çəkdirilib.