Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Avqust 2021 16:56

“Tank biatlonu” müsabiqəsinin yarımfinalında iştirak edəcək komandaların püşkatması keçirilib - VİDEO

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının paytaxtı Moskva şəhəri ətrafında yerləşən "Patriot" parkında “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edəcək komandaların avqustun 30-da püşkatma mərasimi keçirilib.
Komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin iştirak etdiyi püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 31-də birinci divizionda Rusiya, Qazaxıstan və Çin komandaları ilə mübarizə aparacaqlar.
Yarımfinalda Azərbaycan komandası qırmızı, Rusiya komandası göy, Çin komandası sarı, Qazaxıstan komandası isə yaşıl rəngdə olan tanklarda yarışacaqlar.