Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Avqust 2022 18:38

“Tank biatlonu” müsabiqəsinin hakimlərinə sertifikatlar təqdim edilib

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində “Tank biatlonu” müsabiqəsinin təşkilatçıları tərəfindən hakimlərə verdikləri ixtisas məqbullarının nəticələrinə görə qol sarğısı və sertifikatlar təqdim edilib.
Tədbirdə beynəlxalq müsabiqənin hakimlər heyətinin tərkibi dəqiqləşdirilərək onların səlahiyyət və vəzifələri, həmçinin müsabiqənin mükafat və cərimə ballarının hesablanması prinsipləri müəyyənləşdirilib.
Qeyd edək ki, Rusiya Federasiyasının Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən "Tank biatlonu” müsabiqəsi cari ilin avqust ayının  27-dək davam edəcək.