Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Noyabr 2026 17:16

Tacikistan Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizdə səfərdədir

Tacikistan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti döyüş əməliyyatlarının tətbiqi, modelləşdirilməsi və simulyasiyası sahəsində təcrübə mübadiləsi məqsədilə ölkəmizə səfər edib. 
Nümayəndə heyəti Müdafiə Nazirliyinin bir sıra strukrur bölmələrini ziyarət edərək burada yaradılmış xidməti şəraitlə tanış olub, təcrübə mübadiləsi aparıblar. Qonaqlara nazirliyin aidiyyəti qurumları və onların fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, maraq doğuran suallar cavablandırılıb.
Bundan başqa, Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində olan qonaqlara Mərkəzin fəaliyyəti, həmçinin kompüter dəstəkli komanda-qərargah təlimlərinin təşkili və keçirilməsi barədə məlumat verilib.