Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Oktyabr 2018 17:37

Tabor komandirlərinin toplanışı keçirilir

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq tabor və divizion komandirləri, o cümlədən qərargah rəisləri ilə toplanışlar keçirilir.
Toplanışda zabitlərin bilik və praktiki vərdişləri qiymətləndirilir, həmçinin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri yoxlanılır.
Şəxsi heyət rəhbər sənədləri bilmələri üzrə test, atəş, taktiki-xüsusi və fiziki hazırlıq, eləcə də döyüş maşınlarının idarə olunması üzrə məqbullar verir.