Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Yanvar 2015 09:00

Sülhməramlılarımız Əfqanıstana yola salınıb

"N" saylı hərbi hissədə NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında keçirdiyi yeni "Qətiyyətli Dəstək" adlı qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 39 nəfərdən ibarət qrupunun plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yolasalma mərasimi keçirilib.
Mərasim iştirakçıları əsgərlərimizə uğurlar arzulayıb, Azərbaycanı layiqincə təmsil etməyi tövsiyə ediblər.
Yeni tapşırığa əsasən sülhməramlılarımız Kabul şəhərindən yerləşən Beynəlxalq Hava Limanını qoruyacaqlar.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 hərbi qulluqçusu, o cümlədən iki hərbi həkimi və iki mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.