Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Fevral 2024 17:02

“Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu”nun açılış mərasimi keçirilib

Fevralın 1-də Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitunun “Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu”nun növbəti qəbulunun açılış mərasimi keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Digər dövlət qurumlarının nümayəndələrinin də iştirak etdiyi tədbirdə Hərbi İdarəetmə İnstitutunun rektoru polkovnik Bəbir Quliyev akademik kursun açılışı münasibətilə Müdafiə Nazirliyinin və Milli Müdafiə Universitetinin rəhbərliyi adından iştirakçıları təbrik edib, onlara tədrisdə uğurlar arzulayıb.
Qeyd edək ki, tədris müddətində akademik kursun dinləyicilərinə beynəlxalq münasibətlər, qlobal təhlükəsizlik, xarici siyasətin, strategiya və müdafiənin planlaşdırılmasının, dövlət müdafiəsinin və müdafiə resurslarının idarə edilməsinin əsaslarına dair mövzularda mühazirələr oxunacaq, seminarlar, qrup çalışmaları və praktiki təcrübələr keçiriləcək.