Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Aprel 2022 13:22

STANAG testlərinin tərtib edilməsi üzrə təcrübə mübadiləsinə dair seminar keçirilib

Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil üzrə ekspertlərin işçi görüşü keçirilib.  
Görüşdə ingilis dili üzrə STANAG testlərinin tərtib edilməsi üzrə təcrübə mübadiləsi, test materiallarının moderasiya edilməsi, qarşılıqlı istifadəsi və sınaqdan keçirilməsinə dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, STANAG NATO-nun standartlaşdırma sənədidir və üzv dövlətlərin qarşılıqlı fəaliyyət tələbinə cavab vermək üçün standartın tam və ya qismən, şərti və qeyd-şərtsiz həyata keçirilməsinə dair razılığını müəyyən edir.