Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Sentyabr 2019 18:59

“Spasskaya Başnya” XII Beynəlxalq hərbi-musiqi festivalı başa çatıb

Moskva şəhərinin Qızıl Meydanında  keçirilən “Spasskaya Başnya” XII beynəlxalq hərbi-musiqi festivalı başa çatıb.
On iki dövlətdən mindən artıq musiqiçi, vokalist və rəqqasların iştirak etdiyi festivalda ölkəmizi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi orkestri və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı yüksək səviyyədə təmsil edib.
Festivalın yekununa görə komandamız dördüncü yerə layiq görülərək diplomla təltif edilib.