Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 İyul 2024 10:00

Snayperlərin peşəkarlığı artırılır - VİDEO

Quru Qoşunlarının 2024-cü il üzrə hazırlıq planına uyğun olaraq, komando hərbi hissələrinin snayper bölükləri və snayper ixtisaslı hərbi qulluqçuları ilə ixtisas toplanışı keçirilib. 
Toplanış çərçivəsində praktiki vərdişlərin və atəşaçma bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə hərbi qulluqçular snayper tüfənglərindən müxtəlif epizodlar üzrə praktiki atış çalışmaları yerinə yetiriblər.  
Atəş mövqeyinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi, şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqlar yüksək peşəkarlıqla icra edilib.