Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 İyul 2017 11:40

“Snayper həddi” müsabiqəsində Azərbaycan snyaperləri öz ustalıqlarını nümayiş etdirəcəklər

“Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Snayper həddi” müsabiqəsində silahların qəbulu və atışlara hazırlıq işləri yekunlaşıb.
Yarışlarda iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin snayperləri SVD-S silahından atəş açmaqla öz ustalıqlarını nümayiş etdirəcəklər.
Qeyd edək ki, yarışlarda 17 ölkənin komandası iştirak edir.
Qazaxıstanda keçiriləcək yarışlar avqustun 1-dən 9-dək  davam edəcək.