Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Aprel 2016 09:00

Silahlı Qüvvәlәrin Hәrbi Akademiyasında hәrb elminin aktual problemlərinə dair elmi-praktik konfrans keçirilib

Müdafiә naziri general-polkovnik Zakir Həsənovun tәsdiq etdiyi illik plana әsasәn, aprelin 27-də Silahlı Qüvvәlәrin Hәrbi Akademiyasında "Hәrb elminin aktual problemləri" mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda ölkәnin 20-dən artıq nazirlik, komitә, ali tәhsil müәssisәsi, idarә vә elmi mәrkәzlәrdәn 150-dək nümayәndә iştirak edib.
Əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydәr Әliyevin vә torpaqlarımızın azadlığı uğrunda şәhid olan hәmvәtәnlәrimizin xatirәsini bir dәqiqәlik sükutla yad ediblər. Dövlət himni səsləndirilib.
Sonra məruzə ilə çıxış edәn akademiyanın rəisi general-leytenant Heydər Piriyev Silahlı Qüvvәlәrin tәmәlinin ümummilli lider Heydәr Әliyev tәrәfindәn qoyulduğunu, bu gün isә Azәrbaycan Respublikasının Prezidenti cәnab İlham Әliyevin rәhbәrliyi ilә regionun әn güclü ordusu olduğunu vurğulayıb. Hərb elminin aktual problemlərindən danışan H.Piriyev onların həlli yollarının prioritet istiqamətlərini qeyd edib. Elmi-pedaqoji kadr hazırlığının da vacib sahələrdən biri olduğunu deyən akademiyanın rəisi bu sahədə Müdafiә Nazirliyinin tabeçiliyində olan xüsusi tәyinatlı tәhsil müәssisәlәrinin ölkәnin qabaqcıl tәhsil ocaqları ilә әmәkdaşlıq etdiyini və bu işin qısa zamanda uğurlu nәticәsini göstәrәcәyini bildirib.
Konfransın plenar hissәsi başa çatdıqdan sonra iştirakçılar hәrbi­nәzәri elmlər, milli tәhlükәsizlik, hәrbi tәbabәt, hәrbi pedaqogika və hərb tarixi bölmәlәrindә mәruzәlәr dinlәyiblәr.
Bildirilib ki, sәslәndirilәn fikirlər, çıxışlar, mәruzәlәr, o cümlәdәn konfransın tәşkilat komitәsinə daxil olmuş 60-dan artıq elmi mәqalә "Milli təhlükəsizlik və hərbi elmlər" jurnalında dәrc edilәcәkdir.