Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Dekabr 2014 09:00

Silahlı Qüvvələrin yanacaq xidməti rəislərinin toplantısı keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Silahlı Qüvvələrin birlik, birləşmə və əlahiddə hərbi bölmələrinin yanacaq xidməti rəisləri ilə cəbhə bölgəsində 2014-cü ilin yekunlarına həsr olunmuş toplantı keçirilib.
Tədbirdən əvvəl Ümummilli Liderimiz Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilib.
Toplantıda Müdafiə Nazirliyinin zabiti polkovnik Hüseyn Vəliyev orduda həyata keçirilən islahatların xalqımız tərəfindən rəğbətlə qarşılandığını diqqətə çatdırıb. Bildirilib ki, ordu rəhbərliyi tərəfindən Silahlı Qüvvələrin maddi-texniki bazasının yenilənməsinə xüsusi önəm verilir.
Silahlı Qüvvələrin yanacaq-sürtkü materialları, müasir texnika və digər avadanlıqlarla təchiz olunması istiqamətində görülən işləri şərh edən zabit H.Vəliyev yeni səhra yanacaqdoldurma məntəqələrinin, müasir tələblərə cavab verən yanacaq anbarlarının tikilib istifadəyə verilməsinin planlaşdırıldığını və bu fəaliyyətlərin davam etdiyini xüsusi vurğulayıb.
Sonra texniki vasitələrin istismarı, saxlanılması, yeni kart sisteminə keçid və digər yeniliklər barədə ətraflı məlumat verilib, Müdafiə nazirinin tapşırığına əsasən ordumuzun bu sahədə gücləndirilməsi istiqamətində qarşıda duran vəzifələr şəxsi heyətin diqqətinə çatdırılıb.