Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Yanvar 2019 17:36

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Ehtiyat zabit hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib

Yanvarın 30-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Ehtiyat Zabit Hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək Müdafiə nazirinin əmri ilə leytenant hərbi rütbəsi verilən gənc zabitlərin növbəti buraxılış mərasimi keçirilib.
Öncə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni oxunub.
Tədbirdə çıxış edənlər kursu bitirən məzunları leytenant ilk zabit rütbəsinə layiq görülmələri münasibətilə təbrik edərək onlara xidmətdə uğurlar arzulayıblar.
Sonda kursu müvəffəqiyyətlə bitirən kursantlara leytenant poqonları və sertifkatlar təqdim olunub.