Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Dekabr 2013 09:00

Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar xatirə mərasimi keçirilib

Dekabrın 10-da Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar xatirə mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə Nazirliyinin rəhbərliyinin, mərasimdə iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi nümayəndələrinin yenidən qurulmuş Heydər Əliyev muzey-lektoriyasının ekspozisiyası ilə tanışlığından başlayıb.
Mərasim açıq elan edildikdən sonra Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, ölkəmizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra mərasimdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov məruzə ilə çıxış etdi.
Tədbir Bakı Bələdiyyə Teatrının aktyorları, Azərbaycan televiziyası solistlərinin, muğam müsabiqəsi qaliblərinin, xüsusi təyinatlı təhsil müəssisələri kursantlarının və Silahlı Qüvvələrin Mahnı və rəqs ansamblı üzvlərinin iştirakı ilə səhnələşdirilmiş "Əbədi məşəl" rekviyem-tamaşasının nümayişi ilə yekunlaşıb.