Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 İyul 2014 09:00

Silahlı Qüvvələrin nümayəndələri üçün təşkil olunan ingilis dili kursunun buraxılış mərasimi keçirilib

İyulun 18-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ABŞ Hərbi Dillər İnstitutunun təlimatçıları tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qulluqçuları üçün təşkil olunan 6 aylıq intensiv ingilis dili kursunun buraxılış mərasimi keçirilib.
Mərasimdə iştirak edən ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Riçard Morninqstar və Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq idarəsinin rəisi general-mayor Ramiz Nəcəfov kursu bitirən məzunları sertifikatlarla təltif ediblər.
Qeyd edək ki, ölkəmizdə ingilis dili kursları 2004-cü ildən bir qrup, 2005-ci ildən isə dörd qrup şəklində fəaliyyətini davam etdirir. Kursu bitirən zabit və gizirlər ixtisaslarına uyğun olaraq ildə bir dəfə ABŞ-da təşkil olunan kurslarda iştirak edirlər.