Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 May 2017 12:49

Silahlı Qüvvələrin motoatıcı taborunun NATO qiymətləndirməsi üzrə təlimi başlayıb

Bakı şəhərində Azərbaycan Respublikasının Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində ƏİK Ortaq Qüvvələr Birliyinə bəyan etdiyi motoatıcı taborunun növbəti dəfə 2-ci səviyyəli NATO qiymətləndirmə təlimi başlayıb.
Azərbaycan ƏİK taboru 2014-cü ildə 2-ci səviyyəli NATO qiymətləndirmə təlimini müvəffəqiyyətlə keçmiş və NATO-nun “Döyüşə hazır” sertifikatını almışdır. Hazırda  seritifikatın təsdiq edilməsi məqsədilə Qaraheybət Təlim Mərkəzində keçirilən səhra təliminə Silahlı Qüvvələrin 700 nəfərə yaxın şəxsi heyəti, 80-dək hərbi texnikası və 4 helikopteri cəlb olunub.
Taborun qiymətləndirilməsi çoxmillətli qiymətləndirmə heyəti tərəfindən həyata keçirilir və NATO-nun Quru Qoşunları Komandanlığını təmsil edən Müşahidə Heyəti tərəfindən müşahidə olunur.
Təlim iyunun 3-dək davam edəcək.