Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Dekabr 2017 17:25

Silahlı Qüvvələrin kadr işləri üzrə zabit heyətinin təkmilləşdirmə kursu keçirilib

Silahlı Qüvvələrin kadr işləri üzrə zabit heyəti üçün təkmilləşdirmə kursu təşkil olunub. Kursda “Azərbaycan Respublikası Silahlı Qüvvələrində kadr siyasəti konsepsiyası”, “İnsan resurslarının idarə edilməsi haqqında ümumi anlayış”, “Faktor analizi üsulu və onun Silahlı Qüvvələrdə tətbiqi imkanları”, “Müharibə dövründə zabit və gizirlərin (miçmanların) uçotunun təşkili və aparılması”, “Mülki heyətin attestasiya edilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları”, “Hərbi qulluqçularla iş zamanı psixoloji amillərin rolu” və digər mövzularda məruzələr dinlənilib.
Təkmilləşdirmə kursunda şəxsi işlərin tərtibatı, aparılması, saxlanılması və göndərilməsi, zabit  və gizirlərin (miçmanların) şəxsi vəsiqələrinin  verilməsi, kadr orqanlarında aparılan səfərbərlik üzrə sənədlərin doldurma, şəxsi heyətin əmr layihələrinin hazırlanması qaydaları və s. sahələr üzrə  praktiki məşğələlər keçirilib.