Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 İyul 2014 09:00

Silahlı Qüvvələrin hərbi qulluqçuları arasında səmti müəyyən etmə yarışları başlayıb


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrdə idman yarışlarının keçirilməsi haqqında illik əmrinə əsasən hərbi qulluqçular arasında səmti müəyyən etmə yarışları başlayıb.
Yarışlarda ayrı-ayrı qoşun növlərində və birləşmələrdə xidmət edən idmançılar fərdi, qrup və iki-iki patrul hərəkəti üzrə birincilik uğrunda mübarizə aparacaqlar.
13 komandanın 60-a yaxın hərbi qulluqçusu ərazidə səmti müəyyən edərək güclərini sınayacaqlar.
Müdafiə Nazirliyinin məsul zabitlərinin idarəçiliyi ilə keçiriləcək yarışlar iyulun 27-də mükafatlandırma mərasimi ilə sona çatacaq.