Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Fevral 2015 09:00

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Xocalı soyqırımı anılıb

Silahlı Qüvvələrin Hərbi Akademiyasında 1992-ci ilin fevral ayının 26-da erməni faşistləri tərəfindən törədilmiş insanlığa qarşı ən qəddar və amansız Xocalı soyqırımının 23-cü ildönümününə həsr edilmiş anım mərasimi keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin, Silahı Qüvvələrin Hərbi Akademiyasının, xüsusi təyinatlı təhsil müəssisələrinin, hərbi hissələrin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Qarabağ Araşdırmalar Mərkəzinin nümayəndələri iştirak ediblər.
Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev bəşər tarixində vəhşiliyinə görə ən qanlı kütləvi terror hadisəsi kimi iz buraxmış Xocalı faciəsinin erməni quldurlarının dinc əhaliyə qarşı törətdikləri müdhiş cinayət olduğunu xüsusi vurğulayıb.
Sonra Qarabağ Araşdırmalar Mərkəzinin Direktoru dosent Elçin Əhmədov çıxış edib.
Tədbir Xocalı faciəsinə həsr olunmuş "Məhv edilmiş şəhər" sənədli filminin nümayişi ilə sona çatıb.