AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO/ABŞ ekspertləri ilə işçi görüşü keçirilib.
Tədbirdə Azərbaycan, Bolqarıstan, Çexiya və İsveçin hərbi tədris müəssisələrinə səfərlərin icmalı, eləcə də beynəlxalq hərbi təhsil təcrübəsinin öyrənilməsi və tətbiqi mövzularında müzakirələr aparılıb.