Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Aprel 2015 09:00

Silahlı Qüvvələrin Hərbi Akademiyasında elmi seminar keçirilib

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 2015-ci il elmi iş planı"na əsasən Hərbi Akademiyada "Azərbaycan Respublikası inkişafın yeni mərhələsində: varislik, novatorluq və dinamizm" mövzusunda elmi seminar keçirilib.
Seminarda Müdafiə Nazirliyinin nümayəndələri, eləcə də Akademiyasının professor-müəllim heyəti və dinləyiciləri iştirak ediblər.
Seminarı giriş sözü ilə Hərbi Akademiyanın Adyunktura və elm şöbəsinin rəisi-professor, polkovnik Elşən Həşimov açıb.
Sonra məruzə ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası¬nın Siyasi Araşdırmalar İnstitutunun direktoru siyasi elmlər doktoru, professor Elman Nəsirov çıxış edərək ölkəmizin müasir inkişaf dövrünün geniş şəkildə təhlilini verib, dövlətimizin sürətli inkişafında varislik, novatorluq və dinamizm amillərinin rolunu ətraflı şərh edib.
Heydər Əliyev siyasətinin üç amilinin bu varislik prinsiplərində necə yaşamasını qeyd edən E.Nəsirov ulu öndərin ən müdrik addımlarından birinin "Əsrin müqaviləsi"nin imzalanması olduğunu bildirib.
O, çıxışında ulu öndər Heydər Əliyevin ölkəmizdə müasir müstəqil dövlət quruculuğu ilə yanaşı, dövlət idarəçilik təliminin də əsasını qoyduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan mədəniyyətini, adət-ənənələrini, azərbaycançılığı xarakterizə edən dəyərlər, onların sistemləşdirilmiş idarəçiliyin əsasında dayanması, novatorluq, dinamizm ümummilli lider Heydər Əliyevin dövlət idarəçilik təlimini xarakterizə edən əsas amillərdir.
Məruzəçi çıxışında dövlətimizin başçısı İlham Əliyevin fəaliyyəti ilə daim Heydər Əliyev siyasətinə varisliyini nümayiş etdirdiyini xüsusi vurğulayıb. Məhz bu varislik nəticəsində Heydər Əliyev siyasəti bu gün Azərbaycanda yaşayır, inkişaf etdirilir və uğurlar qazanır.
Professor E.Nəsirov çıxışında Azərbaycanın müasir xarici siyasətini də şərh edərək Qafqaz regionunda və ümumilikdə dünyada gedən bəzi siyasi proseslərin açıqlamasını verib.
Elmi-praktiki cəhətdən əhəmiyyətli olan məruzə ətrafında diskussiyalar aparılıb və dinləyicilərin sualları məruzəçi tərəfindən cavablandırılıb.