Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Sentyabr 2017 16:59

Silahlı Qüvvələrin Hərbi Akademiyasında elmi-praktik konfrans keçirilib

Ordu quruculuğunun elmi əsaslarla, elmi-texniki yeniliklərin tətbiqi ilə inkişaf etdirilməsi yollarının araşdırılması məqsədilə Silahlı Qüvvələrin Hərbi Akademiyasında “Elm və tədrisin vəhdəti: nəzəriyyədən praktikaya” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin müvafiq idarələrinin və  xüsusi təyinatlı təhsil müəssisələrinin nümayəndələri iştirak edib.
Çıxış edənlər hərb elminin inkişafı, hərbi-texniki nailiyyətlərin tətbiqi və görülməsi zəruri olan tədbirlərdən danışıblar.
Hərbi elmi nailiyyətlərin praktikaya tətbiqi istiqamətində mövcud problemlərin sistemləşdirilməsi, aradan qaldırılması ilə bağlı təşkil edilən konfransın xüsusi təyinatlı təhsil müəssisələrində davam etdiriləcəyi bildirilib.