Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 İyun 2017 19:16

Silahlı Qüvvələrin Hərbi Akademiyasında elmi praktik konfrans keçirilib

Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində ümummilli lider Heydər Əliyevin liderlik xüsusiyyətləri mövzusunda elmi  praktik konfrans keçirilib.
Konfransın əvvəlində ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Plenar iclaslarla başlanan elmi konfransda “Komanda mühiti”, “Mərkəzləşdirilməmiş komanda və nəzarət”, “Etik qərar qəbuletmə”, “Liderlik və Hərbi Peşəkarlıq” və sair mövzularda elmi məruzələr dinlənilib.
Konfransın əsas iclasında general-leytenant Heydər Piriyev, general-mayor Rasim Əliyev, Amerika Birləşmiş Ştatlarının Norfolk Birləşmiş Qüvvələr Qərargahı Akademiyasının doktoru Con Bauer və tarix elmləri doktoru ehtiyatda olan polkovnik Mehman Süleymanovun  mövzularla bağlı məruzələri dinlənilib.
Konfrans əsas iclasdan sonra öz işini başa çatdırıb.