İyunun 23-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında Əməliyyat-taktiki fakültəsinin, həmçinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunun buraxılışına həsr olunan mərasim keçirilib.
Tədbir açıq elan edildikdən sonra ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni ifa olunub.
Mərasimdə məruzə ilə çıxış edən akademiyanın rəisi general-leytenant Heydər Piriyev ordu quruculuğu sahəsində həyata keçirilən fəaliyyətlərdən danışıb və məzunları təbrik edərək onlara uğurlar diləyib.
Məzunlar adından polkovnik Eldar Abdullayev və polkovnik-leytenant Rüstəm Cavadov çıxış edərək yaş kötüyünə xatirə lövhələrini vurublar.
Tədbirin sonunda məzunlarla xatirə şəkli çəkilib.