Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Yanvar 2015 09:00

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun toplantısında iştirak edəcək


Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin sədri general Knut Bartelsin dəvətilə Alyansın yanvarın 21-də keçiriləcək toplantısında iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.
NATO-nun "Qətiyyətli Dəstək" Missiyasına töhfə verən ölkələrin qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə Əfqanıstan İslam Respublikasındakı siyasi vəziyyət, əməliyyat şəraitindəki dəyişikliklər, onların Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinə təsiri və s. mövzular ətrafında müzakirərlər aparılacaqdır.