Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Dekabr 2014 09:00

Silahlı Qüvvələrin Baş Qərargah rəisi hərbi hospitalda olub


Dekabrın 11-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və müavinləri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.
Baş Qərargahın rəhbərliyi hospitalın bölmə və şöbələrindəki şəraitlə tanış olub, ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpuslarına baş çəkib.
General-polkovnik N.Sadıkov hospitalda müalicə alan əsgər və zabitlərin səhhətləri ilə maraqlanıb, onların tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib, o cümlədən hərbi həkimlərin, tibb bacılarının və ümumilikdə tibb heyətinin fəaliyyətini yüksək qiymətləndirib.