Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 May 2019 18:12

Silahlı Qüvvələrin Baş Klinik Hospitalında təlim kursu keçirilib - VİDEO

Mayın 24-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında “Burunətrafı ciblərin endoskopik cərrahiyyəsi - nəzəriyyə və praktika” adlı təlim kursu keçirilib.
Əvvəlcə hospitalın ərazisində ümummilli liderimiz Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyulub və xatirəsi ehtiramla anılıb. Dövlət himni ifa edildikdən sonra Ulu Öndərin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovniki Tofiq Tağıyev çıxış edərək endoskopik burun əməliyyatı barədə geniş məlumat verərək cərrahi üsulların əsas məqamlarını izah edib.
Təlimə otuza yaxın iştirakçı cəlb olunub. Təlimçi-həkimlər burun və burunətrafı ciblərin anatomiyası, fiziologiyası, əməliyyata göstəriş olan patologiyaları, radiodiaqnostikası haqqında ətraflı məlumat veriblər.
Otolarinqologiya bölməsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Elnur Əkbərovun xroniki polipoz polisinusitli pasiyentin üzərində reallaşdırdığı əməliyyatı iştirakçılar canlı videobağlantı vasitəsilə izləyiblər. Təlim diskusiya formatında davam edib.
Kursun sonunda iştirakçılara sertifikatlar verilib.