Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Oktyabr 2014 09:00

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək


Oktyabrın 12-dən 17-dək Ellvaqen şəhərində (Almaniya) "Müxtəlifliyə uyğunlaşma: Dil təlimi ilə bağlı təkmilləşmiş yanaşma" mövzusunda seminar, 13-dən 17-dək İstanbul şəhərində (Türkiyə) Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Türkiyə Hərbi Dənizçilik Məktəbi arasında müəllim mübadiləsi, 13-dən 24-dək Vışkov şəhərində (Çexiya) Sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təlim kursu, İstanbul şəhərində (Türkiyə) Funksional vəzifələr üzrə təlim, 14-dən 18-dək İstanbul şəhərində (Türkiyə) NATO kollektiv regional təliminin (REGEX-14) 7-ci planlaşdırma görüşü keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.