Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Mart 2014 09:00

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək


Martın 24-dən 27-dək Doha şəhərində (Qətər) "DİMDEX-14" sərgisi, NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən martın 24-dən 28-dək Oberammerqau şəhərində (Almaniya) NATO qərargah zabitləri üçün tanışlıq kursu və Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən martın 25-dən 28-dək Kaunas şəhərində (Litva) "Döyüş şəraitində yaralıların müalicəsi" kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.