Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Mart 2014 09:00

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək


Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən aprelin 1-dən 3-dək Bakı şəhərində Qüvvə planlaşdırması üzrə ekspert görüşü, Almaniyanın hərbi təhsilə yardım proqramına əsasən aprelin 2-dən iyunun 26-dək Hürt şəhərində (Almaniya) Verifikasiya heyəti üçün alman dili kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.