Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Dekabr 2015 09:00

Silahlı Qüvvələrdə psixoloji iş üzrə təlim-metodiki toplantı keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən hərbi hissə və birləşmələrin psixoloqları, şəxsi heyətlə iş üzrə zabitləri ilə Silahlı Qüvvələrdə psixoloji işin təşkilinə və aparılmasına dair təlim-metodiki toplantı keçirilib.
Cəbhə bölgəsində təşkil olunan toplantıda “Silahlı Qüvvələrdə psixoloji işin təşkilinə və aparılmasına dair təlimat”ın qüvvəyə minməsi barədə Müdafiə nazirinin müvafiq qərarının tələbləri ətraflı öyrənilib.
İxtisaslı mütəxəssislər tərəfindən şəxsi heyətin fərdi-psixoloji xüsusiyyətlərinin aşkarlanması, psixoloji hazırlığı, psixoloji yardıma ehtiyacı olan hərbi qulluqçuların müəyyən edilməsi, onlara psixoloji yardımın göstərilməsi üzrə tələblər və tövsiyələr çatdırılıb, eləcə də həyata keçiriləcək fəaliyyətlər barədə ətraflı müzakirələr aparılıb.