Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Noyabr 2013 09:00

Silahlı Qüvvələrdə "NATO Günləri"


Noyabrın 25-dən 28-dək Bakı şəhərində NATO-nun Müttəfiq Transformasiya Komandanlığı və Müttəfiq Qüvvələrin Avropadakı Ali Komandanlığının ekspert qrupu tərəfindən Silahlı Qüvvələrdə "NATO Günləri" mövzusunda seminar təşkil edilib.
NATO-nun Hərbi Əməkdaşlıq idarəsinin Hazırlıq və İcra şöbəsinin Qrup koordinatoru polkovnik Yusuf Bayazitin (Türkiyə Silahlı Qüvvələri) rəhbərlik etdiyi tədbirin məqsədi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi təhsil müəssisələrində müəllim və komandanlıq heyətinə, kursantlara və dinləyicilərə Şimali Atlantika bloku haqqında ətraflı məlumatı çatdırmaq olub.
Tədbir müddətində iştirakçılara NATO-nun strukturu, yaranma tarixi, məqsədi, siyasəti və strategiyası, onun yeni strateji konsepsiyası, transformasiya prosesi və islahatlar, tərəfdaşlıq münasibətləri, NATO-nun rəhbərliyi altında keçirilən sülhməramlı və böhranlara cavab vermə əməliyyatları haqqında təqdimatlar verilib və dəyirmi masa müzakirələri aparılıb.