Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 İyun 2014 09:00

Silahlı Qüvvələrdə Milli Qurtuluş günü qeyd edilir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən 15-iyun Milli Qurtuluş gününün qeyd edilməsilə əlaqədar silsilə bayram tədbirlərinə start verilib.
Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, Hərbi Hava və Hərbi Dəniz Qüvvələrində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi hissə və qarnizon (Bakı, Gəncə, Lənkəran və Naxçıvan) zabitlər evlərində təntənəli mərasimlər keçirilir.
Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi, Milli Qəhrəmanlar və Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının üzvlərindən ibarət qrup Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak etmək üçün cəbhə bölgəsində yerləşən hərbi hissələrdə səfərdədir.
Silsilə bayram tədbirləri iyunun 15-dək davam edəcək.