2017-ci tədris ilinin hazırlıq planına əsasən Silahlı Qüvvələrin topogeodeziya ixtisaslı zabitlərin “Ən yaxşı hərbi topoqraf” adı uğrunda yarışı keçirilib.
Yeddi element üzrə təşkil olunan yarışda iştirakçılar ərazidə səmtləşmə, GPS vasitəsilə dayanma nöqtəsinin təyini, teodolitin quraşdırılması, xüsusi proqramda koordinatların çevrilməsi, xəritələrin nomenklatura üzrə birləşdirilməsi, ərazidə azimutla hərəkət və fiziki hazırlıq üzrə bacarıqlarını nümayiş etdiriblər.
Ümumi nəticəyə görə zabitlər R.İsayev birinci, R.Nuhov ikinci və T.Məmmədov üçüncü yeri tutublar.
Yarış iştirakçıları eyni vaxtda müasir kartoqrafik proqram təminatlarının imkan və qabiliyyətləri ilə yaxından tanış olublar.