Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 May 2017 10:48

Silahlı Qüvvələrdə ağacəkmə və yaşıllaşdırma tədbirləri məqsədilə iməcilik təşkil olunacaq

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü və faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Ordusunda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində mayın 6-da iməcilik təşkil olunacaq.
Ərazidə ekoloji mühitin sağlamlaşdırılması və abadlaşdırılması məqsədilə təşkil olunacaq iməcilik zamanı hərbi şəhərciklərdə, eləcə də digər hərbi hissələr, inzibati, xidməti bina və obyektlərin ətrafında müxtəlif növ ağaclar, gül kollarının əkilməsi və yaşıllıq zolaqları salınması nəzərdə tutulur.