Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Oktyabr 2015 09:00

Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə “Açıq qapı” günü tədbiri keçirilib.
Oktyabrın 25-də Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə və hərbi hissələrdə, Hərbi Hava Qüvvələrinin aviabazalarında, Hərbi Dəniz Qüvvələrinin gəmilərində, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində səhər saatlarından başlayan “Açıq qapı” günü tədbirlərində əsgər valideynləri və yaxınları, yerli icra orqanlarının nümayəndələri, müharibə veteranları, rayon ictimaiyyəti və təhsil ocaqlarının təmsilçiləri iştirak ediblər.
Ziyarətçilər şəxsi heyətin yaşayış, sosial-məişət şəraitlə yaxından tanış olub, xidməti və inzibati binalarda, əsgər yataqxanaları, yeməkxanalarına baş çəkib, müxtəlif təlim nöqtələrində döyüş texnikası, silah-sursatlara, çöl-səhra şəraitində qida məntəqələrinə, şəxsi heyətin əşya-əmlak təminatında olan nümunələrə baxıb və hərbi qulluqçuların nümunəvi çıxışlarını izləyiblər.
Hərbi hissə komandanlığı tərəfindən xidmətdə fərqlənən hərbi qulluqçuların təltifi və valideynlərə təşəkkür məktubları təqdim olunub.
Bütün hərbi hissələrdə valideynlər komandanlıqla görüşüb, onları maraqlandıran suallara cavab tapıb və sonda birlikdə xatirə şəkli çəkdiriblər.
Ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri nümayəndələrinə də hərbi hissələrdə keçirilən "Açıq qapı" gününü izləməyə şərait yaradılıb.
“Açıq qapı” günləri bundan sonra da bütün hərbi hissələrdə mütəmadi olaraq keçiriləcək.